Elnur Əliyev
Elnur Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib
Bakı/03.11.22/Turan: Noyabrın 3-də dövlət başçısı İlham Əliyev Elnur Əli oğlu Əliyevin Azərbaycan mədəniyyət nazirinin birinci müavini vəifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, noyabrın 1-də Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib, qeyri-rəsmi məlumatlara görə, əməliyyatlar zamanı bir neçə yüksək vəzifəli şəxs, o cümlədən Elnur Əliyev saxlanılıb.
Rəsmi olaraq Mədəniyyət Nazirliyinin yalnız bir məmurunun - təchizat və əmlak şöbəsinin rəisi İlkin Nəsibovun həbsi təsdiqini tapıb.--06B--
-
- Maliyyə
- 3 Noyabr 2022 15:25
-
- İqtisadiyyat
- 3 Noyabr 2022 15:31
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz