E.Məmmədyarov Qarabağ məsələsini İtaliyada müzakirə edib
Bakı/29.031.8/Turan: İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfanonun dəvəti ilə Romada işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov həmkarı ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirlyinin yaydığı məlumatda deyilir.
Mlumata görə, nazirlər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə ediblər.
İki ölkə arasında iqtisadi-ticarət, enerji və mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi və İtaliyanın Azərbaycanın Avropa İttifaqında ən əsas ticarət tərəfdaşı olduğu vurğulanıb.
Nazirlər Cənubi Qaz Dəhlizi, onun tırkib hissələri olan TANAP və TAP layihələrinin əhəmiyyətini qeyd ediblər.
İtaliya xarici işlər naziri ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişlənməsini dəstəklədiyini deyib.
Qarabağ münaqişəsinin tənzumlənməsilə bağlı İtaliya xarici işlər naziri ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktı əsasında həllini dəstəklədiyini vurğulayıb.
Nazir E.Məmmədyarov İtaliyanın münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyinə görə təşəkkür etdi.
O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmədiyini vurğulayıb.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı-05D-.
Siyasət
-
AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Qazaxıstanın Nəqliyyat Nazirliyinin dərc etdiyi hesabat "ilkin xarakter daşıyır və baş verənlərin səbəbləri barədə nəticə yoxdur". Bu barədə “Rosaviasiya” - Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
Rəy yaz