Erdoğan növbədənkənar prezident və parlament seçkilərinin vaxtını açıqladı
Bakı/18.04.18/Turan: Türkiyənin "Millətçi Hərəkat Partiyası"nın lideri Devlet Bahçelinin həftəlik qrup iclasında erkən seçkilər keçirilməsi çağırışından sonra aprelin 18-də Beştəpədə prezident Erdoğanla görüşüb, görüş yarım saat davam edib. Bu barədə Türkiyənin "haber.com" xəbər portalı məlumat yayıb.
Görüşdən sonra Erdoğan jurnalistlərə belə bir açıqlama verib: "MHP sədri D.Bahçeli ilə çox səmərəli görüş keçirdik. D.Bahçeli ilə dəfələrlə görüşərək, daxili və xarici siyasət barədə fikir mübadiləsi aparmışıq. Bahçelinin parlament və prezident seçkiləri keçirmək təklifini də dəyərləndirdik.
Bahçelinin təklifi səlahiyyətli qurumlarla müzakirə edilib və Türkiyənin üz-üzə olduğu məsələlərlə əlaqədar bu təklifə ciddi yanaşdıq.
Seçki məsələsini ölkənin gündəliyindən tez çıxarmaq üçün seçkiləri bu il iyun ayının 24-nə təyin etdik, millətimiz üçün xeyirli olsun".
Xatırladaq ki, Türkiyədə parlament və prezident seçkilərinin 2019-cu ildə keçirilməsi nəzərdə tutulurdu. -05D-
Siyasət
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
Rəy yaz