еврокомиссар по расширению Йоханнес Хан
Ermənistan Avropa və İran arasında köprü olmağa can atır
Bakı/30.01.19/Turan: Yanvarın 29-da Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Yohannes Han Yerevana gedib. Baş nazir Nikol Paşinyanla görüş zamanı əsasən infrastruktur, təhsil və energetika sahələrində iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
Lragir-in məlumatına görə, Aİ "Şərq tərəfdaşlığı" çərçivəsində 10 il ərzində infrastrukturun inkişafı məqsədilə Ermənistana 800 mln. avro ayırıb. Bu vəsait İran və Gürcüstanı Ermənistan vasitəsilə birləşdirən Şimal-Cənub yolunun tikintisinə sərf olunacaq.
Həmin gün İranın energetika nazirinin müavini də Ermənistana gedib. Görüş zamanı "elektrik enerjisinin müqabilində qaz" proqramının genişləndirilməsi imkanları və üçüncü yüksək voltlu Ermənistan-İran xəttinin çəkilişi müzakirə olunub.
Həmin gün N.Paşinyan RBK-ya müsahibəsində bildirib ki, Ermənistan tranzit boru kəmərinin çəkilişində maraqlıdır.
Görünür, bu hərəkətlər Moskvanın diqqətindən kənarda qalmayıb və Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin də yanvarın 29-30-da Yerevanda olub. Rəsmi məlumata görə, o, Ermənistan rəhbərliyilə AİB və KTMT çərçivəsində ticarət-iqtisadi məsələləri müzakirə edib. "Dağlıq Qarabağ nizamlanması da daxil olmaqla, Zaqafqaziyada təhlükəsizlik və sabitlik mövzusuna xüsusi diqqət yetirilib", - RF XİN bildirib.
Qeyd edək ki, N.Paşinyan Almaniyaya rəsmi səfərə gedib və Angela Merkel ilə danışıqlar aparacaq-02D-
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz