Ermənistan hökuməti Dağlıq Qarabağın müstəqilliyinin tanınması haqqında qanun layihəsinə baxacaq
Yerevan/03.05.16/Turan-Armİnfo: Mayın 5-də Ermənistan hökuməti növbəti iclasında müxalif deputatlar Zarui Postancyan və Qrant Baqratyanın təqdim etdiyi "Artsax Respublikasının tanınması haqqında" qanun layihəsinə baxacaq.
Qanun layihəsi təqdir edilərsə, parlamentə göndəriləcək. Qeyd edək ki, Zarui Postancyan bundan əvvəl iki dəfə buna bənzər sənəd təqdim edib. Hakimiyyətdə olan əksəriyyətin Yerevanın Dağlıq Qarabağı tanınmasının münaqişənin həlli üzrə sülh danışıqlarına son qoyacağı haqqında mövqeyi ilə əlaqədar bu sənədlər parlamentdə qəbul edilməyib.
Ermənistan prezidenti Serj Sarkisyan dəfələrlə hərbi əməliyyatlar başlayacağı təqdirdə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı ilə hədələyib. –02D -
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz