Фото из открытых источников
Ermənistanla sərhəddə Azərbaycan hərbçisi yaralanıb
Bakı/31.07.19/Turan: Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında bildirilir.
2019-cu ilin 31 iyul tarixində saat 16:40-da döyüş mövqelərimiz düşmən tərəfindən atəşə tutulmuşdur. Düşmənin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.
Atışma zamanı döyüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin 1 hərbi qulluqçusu yaralanmışdır. Sərhədçiyə dərhal təxirəsalınmaz tibbi yardım göstərilmişdir və hazırda həyatı üçün təhlükə yoxdur.-0-
-
- Foto sessiyalar
- 1 Avqust 2019 00:01
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz