Freedom House: Azərbaycan �qeyri �azad ölkələr sırasında qalıb
Vaşinqton /06.02.19/Turan: Vaşinqtonda yerləşən beynəlxalq Freedom House təşkilatı "Dünyada azadlıq 2019" hesabatını açıqlayıb.
Hesabatda ABŞ-da demokratiyanın ciddi zəiflədiyi vurğulanır. Bu, prezident Donald Trampın qanunun aliliyinə, jurnalistlərə və demokratik normalara təzyiqində özünü göstərir.
Hesabata görə, Avrasiya ölkələrinin zəngin elitar təqəbəsi hakimiyyətin saxlanması üçün öz vəziyyətlərindən sui-istifadə edirlər.
Özbəkistanda və Ermənistanda demokratik proseslər alqışlanır, eyni zamanda RF və Azərbaycan tənqid olunur.
Belə ki, Freedom House yenə də Azərbaycanı "qeyri-azad ölkələr" kateqoriyasına daxil edib.
Azərbaycanın qonşuları - Ermənistan və Gürcüstan "qismən azad ölkələr" qrupuna daxil edilib.
Ümimilikdə, 13 ildir ki, qlobal planda azadlıqlarının təminatında reqress müşahidə olunur, hesabatda deyilir. 86 ölkə "azad" (44%), 59 ölkə (30%) "qismən azad", 50 ölkə (20%) "qeyri-azad" ölkə kimi tanınıb.
"Ən pislər arasında ən pis" kimi Suriya, Cənubi Sudan, Eritreya, Türkmənistan, Şimali Koreya, Ekvatorial Qvineya, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Tacikistan, Mərkəzi Afrika Respublikası və Liviya tanınıb.-16D--
-
- İqtisadiyyat
- 6 Fevral 2019 13:17
-
- Söz istəyirəm
- 6 Fevral 2019 13:23
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz