“Freedom House”: İlham Əliyev elitadaxili birləşmə riskini aradan qaldırmağa çalışır”
Bakı/06.05.20/Turan: “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı dünyada insan hüquqlarının vəziyyəti barədə illik hesabatı dərc edib.
“Demokratiya və azadlığın genişləndirilməsi: Keçid dövrünün dövlətlər” adlı araşdırma 29 ölkəni əhatə edir.
Bunlardan 10-u demokratik, 10-u hibrid, 9-u avtoritar ölkələrə aid edilib.
Azərbaycan 1,4 balla sonuncu kateqoriyaya düşüb.
“Azərbaycan, Tacikistan və Türkmənistan prezidentləri öz qohumlarını məsul postlara təyin edərək hakimiyyətin sülalə şəklində ötürülməsi üçün zəmin yaradır. Bir şəxsiyyətin üstün bir sistemdə hakimiyyətin istənilən formada ötürülməsi risk yaradır.
Oturuşmuş diktaturası olan regionda fundamental azadlıqlar çox zəif qorunub.
Ermənistan və Gürcüstan 3 və 3,25 balla hibrid rejimi olan ölkələr sırasına düşüb.
“Freedom House” qeyd edir ki, prezident İlham Əliyev 2003-cü ildə sərt nəzarət altında keçirilmiş seçkilərdə hakimiyyəti atasından alıb.
“Və indi də hakimiyyətin ailə daxilində ötürülməsinə hazırlığın əlamətləri görünür. Son illər Əliyev hakimiyyətin ali eşelonlarında əsasən həyat yoldaşının xeyrinə dəyişikliklər həyata keçirir”, - araşdırmada deyilir.
Qeyd olunur ki, 2017-ci ildə birinci vitse-prezident postunun təsis edilməsi “Paşayev klanı” adlanan ailə şəbəkəsini gücləndirib.
İqtisadiyyatın yavaşlaması və klan siyasətinin güclənməsi fonunda ictimai dəstəyi itirən Əliyev “köhnə qvardiya”nın məmurlarını uzaqlaşdıraraq elitadaxili birlik ehtimalını azaltmağa çalışır. Kənarlaşdırılan şəxslər Əliyevin həyat yoldaşına qarşı çıxıblar və ya ən azı ona loyal olmayıblar.
“Əgər gələcəkdə Əliyev istefa verərsə, Mehriban Əliyeva öz tərəfdarlarından ibarət hakimiyyətə rəhbərlik edəcək”, - hesabatda deyilir.
Azərbaycan hakimiyyəti hələlik bu hesabatı şərh etməyib. Lakin bir qayda olaraq, hökumət nümayəndələri tənqidi qəbul etməyərək onu qərəzli adlandırırlar və insan hüquq və azadlıqlarına hörmət olunduğunu bildirirlər.-16D-
-
- İqtisadiyyat
- 6 May 2020 12:57
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz