Gəncə və Qaxda həmin dairələrdə seçkilərin nəticələrinin ləğvini xahiş edirlər
Bakı/14.02.20/Turan: 40 saylı Kəpəz (Gəncə) seçki dairəsindən deputatlığa 7 namizəd dövlət başçısına müraciət edərək Gəncədəki səsvermənin nəticələrinin ləğvinə çağırıb.
Namizəd Toğrul İsgəndərlinin bəyanatında onun müraciətinə qoşulan namizədlərin adları sadalanır: Nurlan Abbaszadə, Lalə Bağırova, Mirhəsən Cabbarov, Vəli Dünyamalıyev, Toğrul İsgəndərli, Ramil Səfərov, Sitarə Zeynalova, https://www.gancapost.info/ saytı məlumat verir.
Xatırladaq ki, bu dairədə hakim partiyanın üzvü Musa Quliyev qalib elan edilib.
Qax rayonunun seçiciləri də prezidentə müraciət edərək 112 saylı Qax seçki dairəsində nəticələrin ləğvini xahiş ediblər. Sakinlər yazırlar ki, Azər Kərimliyə səs verməyiblər. O, bir neçə deputatlıq müddətində Qax sakinləri üçün heç bir şey etməyib, http://qax.org.az/ saytı məlumat verib.
Azər Kərimli sosial şəbəkədə bildirib ki, heç kim onun qələbəsini ləğv edə bilməz. - 0-
Siyasət
-
USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırmalı olduğu barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib.
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
Rəy yaz