Премьер-министр Грузии Георгий Квирикашвили
Georgi Kvirikaşvili: Əfqan Muxtarlı hadisəsi ciddi uğursuzluqdur
Bakı/21.12.17/Turan: Jurnalist Əfqan Muxtarlının başına gələn hadisə rəsmi Tbilisi üçün ciddi uğursuzluq idi, bunu Gürcüstan baş naziri Georgi Kvirikaşvili etiraf edib.
"Bu məsələ araşdırılır. Bu, çox ağır məsələdir və etiraf edirik ki, bu, ciddi uğursuzluq idi. Belə bir şey baş verməməli idi və həqiqət hələ tamamilə aydınlaşdırılmayıb. Düşünürəm ki, hökumətimizin reaksiyası - əks kəşfiyyat xidmətinin rəhbərinin, habelə sərhəd polisi rəisinin qovulması adekvat idi. Hələlik onların təqsiri sübuta yetirilməyib, amma onlar hadisəyə görə siyasi məsuliyyəti öz üzərinə götürüb", deyə Kvirikaşvili parlamentdə parlament azlığının nümayəndəsinin sualına cavabda bildirib. Onun sözlərinə görə, Gürcüstan tərəfi informasiya mübadiləsi üçün Azərbaycan hüquq-mühafizə orqanlarına vəsatət göndərib.
"Hələlik heç kim araşdırmanın necə nəticələnəcəyi ilə bağlı proqnoz verə bilməz. Mənim hansısa şərh vermək hüququm yoxdur. Sizdən bunu dövlət problemi kimi təqdim etməməyinizi xahiş edirəm, belə ki, çox pis bir hadisə baş verib. Amma nə qədər ki, araşdırma yekunlaşmayıb, biz əslində nə baş verdiyini bilmirik", deyə Kvirikaşvili bildirib. -06D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz