Gürcüstan Azərbaycanla sərhədləri iki həftəlik bağlayır
Bakı/27.02.20/Turan: Gürcüstan hökumətinin qərarı ilə Azərbaycanla sərhəd iki həftəlik bağlanır. Bu barədə fevralın 26-da keçirilən brifinqdə ölkənin səhiyyə naziri Yekaterina Tikaradze bildirib.
Bu qərar İrana səfər etmiş Gürcüstan vətəndaşının koronavirusa yoluxmasından sonra qəbul edilib. O, Gürcüstana Azərbaycandan tranzitlə qayıdıb.
"Panika yoxdur, belə ki, Gürcüstanda epidemiya olmaması üçün bütün tədbirləri görürük", deyə brifinqdən əvvəl baş nazirlə görüş keçirmiş Tikaradze qeyd edib.
Qamkrelidzenin sözlərinə görə, xəstənin ümumi vəziyyəti normaldır, onda kliniki təzahürlər və yüksək temperatur yoxdur. O, həmçinin qeyd edib ki, bu gün Gürcüstan pandemiyanı dəf etməyə tamamilə hazırdır. Qamkrelidze əhalini sakit olmağa çalışıb.
O, həmçinin bildirib ki, kişi Azərbaycandan marşrut taksi ilə gəlib. Səhiyyə Nazirliyinin müvafiq xidmətləri artıq xəstəliyə yoluxmuş şəxsin bütün mümkün əlaqələrini aşkar etmək üçün hərəkət marşrutunu müəyyən etməyə başlayıblar. Ümumdünya Səhiyyə Təşkilatına da Gürcüstanda ilk yoluxma halı haqqında məlumat veriləcək. -02D-
-
- İnsan Hüquqları
- 27 Fevral 2020 10:34
-
- İqtisadiyyat
- 27 Fevral 2020 11:13
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz