
Birinci vitse-prezident Mehriban Əliyeva və Hacı Əbdül Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş İmam Hüseyn məscidinin açılışında. 23.10.2018
Turan/06.04.20/Turan: “Tövbə” Cəmiyyətinin sədri, Bakının Yasamal rayonunda yerləşən “İmam Hüseyn məscidinin axundu Hacı Əbdül (Əbdül Almas oğlu Əbdülov) vəfat edib. Bunu “İmam Hüseyn” məscidindən bildiriblər.
Məsciddən verilən məlumata görə Hacı Əbdül aprelin 5-i gecə dünyasını dəyişib: “Son zamanlar Hacı Əbüdlün ürəyində problem yaranmışdı, vəfat etməsinə də elə ürək çatışmazlığı səbəb olub”, deyə məsciddən bildiriblər.
Hacı Əbdülün bu gün, aprelin 6-da Yasamal qəbirstanlığında dəfn ediləcəyi bildirilib.
Xatırladaq ki, Hacı Əbdül 1940-cı ildə Bakıda anadan olub. 1989-cu ildə “Tövbə” Cmiyyətini yaradıb və ona rəhbərlik edirdi. 1991-95-ci illərdə deputat olub. Son zamanlar isə yaratdığı “Vətən Naminə Xalq Birliyi” Hərəkatına da rəhbərlik edirdi.--0--
Rəy yaz