Hakimiyyət Müsavat-ın yürüş-mitinqinə icazə verməyib
Bakı/05.03.19/Turan: Bakının icra hakimiyyəti Müsavat Partiyasının martın 10-da yürüş-mitinq keçirməsinə icazə verməyib. Bu barədə partiya sədrinin müşaviri Razim Əmiraslanlı bildirib.
Şəhər administrasiyası aksiya keçirilməsini məqsədəuyğun bilməyib və bunu partiyanın təklif etdiyi marşrutlarda nəqliyyatın hərəkət sıxlığı ilə əsaslandırıb.
Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli şəhər hakimiyyətinin qərarını "qanunsuz" adlandırıb.
"Növbəti dəfə Azərbaycanda toplaşmaq azadlığı pozulub.
Yüksək vəzifəli şəxslərin və hətta onların ailə üzvlərinin rahatlığı və təhlükəsizliyi üçün Bakıda müntəzəm olaraq nəqliyyatın hərəkəti saatlarla dayandırılır", deyə Hacıbəyli bildirib.
O qeyd edib ki, Müsavat şəhər kənarında: metronun "Azadlıq" stansiyasından "Dərnəgül" stansiyasına qədər və "20 yanvar" stansiyasından "Məhsul" stadionuna qədər iki mümkün marşrut üzrə nümayiş keçirməyi təklif edib.
"1 saatlıq cəmi bir küçədə nəqliyyatın hərəkətini dayandırmaq kifayət idi. Sadəcə olaraq hakimiyyət iştirakçıların sayının çox olacağından ehtiyatlandığı üçün aksiyaya icazə verməyib. Əks halda alternativ marşrut təklif edərdi. Onlar harada olursa olsun, insanların toplaşmasından qorxur ", deyə Hacıbəyli bildirib.
Aksiya siyasi məhbuslara azadlıq, korrupsiyaya qarşı mübarizə və sosial problemlərin həlli tələbi ilə təyin edilmişdi. -06D-
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz