Hakimiyyət müxalifətin 23 fevral mitinqinə icazə verməyib
Bakı/20.02.19/Turan: Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) fevralın 23-də "Məhsul" stadionunda mitinq keçirməsinə icazə verməyib.
Şəhər hakimiyyəti imtinanı müxalifətin 19 yanvar mitinqi zamanı "ictimai asayişin pozulması" ilə əsaslandırıb.
Meriya həmin əsasla 26 yanvar mitinqinə də icaz verməmişdi.
DQMŞ hakimiyyətin arqumentini qəbul etməyərək bildirir ki, 19 yanvar mitinqindən sonra paytaxt polisi bəyan edib ki, aksiya zamanı "ictimai asayişin ciddi pozulması" baş verməyib.
DQMŞ hakimiyyətin hərəkətini toplaşma azadlığının, ölkə Konstitusiyasının və Azərbaycanın beynəlxalq öhdəliklərinin pozulması kimi qiymətləndirib.
DQMŞ qurumdaxili müzakirələrdən sonra mitinqin təxirə salınması və ya razılaşdırılmamış aksiyanın keçirilməsi barədə qərar qəbul edəcək.
Mitinqində siyasi məhbusların azadlığa buraxılması, offşorlara köçürülmüş vəsaitlərin ölkəyə qaytarılması, manatın devalvasiyası nəticəsində yaranmış əlavə kredit borclarına görə əhaliyə kompensasiya verilməsi tələb olunacaqdı.06d--
-
- Cəmiyyət
- 20 Fevral 2019 18:02
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz