Hələlik müxalifət Milli Şuranın 2 noyabr mitinqində iştirakı ilə bağlı qərar qəbul etməyib
Bakı/28.10.19/Turan: Müsavat Partiyası Milli Şuranın noyabrın 2-də keçirəcəyi mitinqdə iştirakla bağlı müzakirə aparır. Bunu Turan-a Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.
“Müzakirələr başa çatdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək”, - A.Hacılı qeyd edib.
ReAL Partiyasının sədri İlqar Məmmədov bildirib ki, partiya Milli Şuranın noyabrın 2-nə təyin etdiyi aksiyada iştirak etməyəcək.
“Hər bir partiyanın, hər bir siyasi təşkilatın istədiyi vaxtda hansısa yerdə dinc, konstitusion formada aksiya keçirmək hüququ var. Biz aksiya keçirmək hüququnu dəstəkləsək də Milli Şuranın noyabrın 2-də keçirəcəyi aksiyada iştirak etməyəcəyik”, o, Turan-a bildirib.
Klassik Xalq Cəbhəsi Partriyası Milli Şuranın noyabrın 2-də keçirəcəyi mitinqdə iştirakla bağlı məsələni hazırda müzakirə edir.
“Müzakirələr başa çatdıqdan sonra mətbuata məlumat veriləcək”, - partiya sədri Mirmahmud Mirəlioğlu deyib.
Xatırladaq ki, Demokratik Qüvvələrin Milli Şurası və Xalq Cəbhəsi Partiyası oktyabrın 19-da başlanmış etiraz aksiyalarının davam edəcəyini bildirib. Növbəti mitinq noyabrın 2-nə təyin edilib.
Hələlik hakimiyyət bu çağırışa reaksiya verməyib. -03B-
-
- Siyasət
- 28 Oktyabr 2019 13:58
-
- İqtisadiyyat
- 28 Oktyabr 2019 14:42
Siyasət
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 320
-
- Bazarların icmalı,
- 14:22
- 262
Rəy yaz