
Bakı/14.04.20/Turan: Azərbaycan Nazirlər Kabinetinin 13 aprel tarixli qərarına əsasən, ödənişli əsaslarla təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci il üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Bu kateqoriyaya ünvanlı sosial yardım alan; hər iki valideynli və ya qanuni nümayəndəsi I və II qrup əlil olan; işsiz kimi uçotda olan; yaşa görə əmək pensiyası alan; yaşa görə sosial yardım alan tələbələr aiddir.
Hökumət Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin, orta ixtisas və peşə təhsili müəssisələrində isə illik təhsil haqqının 50 faizini ödəyəcək.
Qərar koronavirus pandemiyası səbəbindən sosial-iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar qəbul edilib. -02D-
Rəy yaz