
Bakı/24.11.18/Turan: Azərbaycan prezidenti İlham Əliyev yanvarın 24-də Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində siyasi və işgüzar dairələrin nümayəndələri ilə görüşləri davam etdirib.
Xüsusən, dövlət başçısı Avropa Komissiyasının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviçlə danışıqlar aparıb.
Bundan başqa, Əliyev BP-nin baş icraçı direktoru Robert Dadlini, "İBM" şirkətinin baş icraçı direktoru Cinni Romettini, "Carlyle Group" şirkətinin həmtəsisçisi və icraçı direktoru Devid Rubinşteyni qəbul edib.
Forum yanvarın 26-da başa çatacaq. -05D06-
Rəy yaz