İlqar Məmmədovun işi üzrə qərar təxirə salınır?
Bakı/22.12.17/Turan: Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə və İlqar Məmmədovun vəkilinə məktub göndərib.
Məktubda deyilir ki, Bakının AİHM-nin İlqar Məmmədovun işi üzrə qərarların icrası ilə bağlı cavabına baxılması üçün Məhkəmənin sədri cənab Qvido Raymondi başda olmaqla, Böyük Palatanın tərkibi təyin edilib.
2018-ci il martın 1-nə qədər tərəflər yazılı şərhlərini AİHM-ə təqdim edə bilərlər. Bu barədə cümə günü İlqar Məmmədovun vəkili Fuad Ağayev öz Facebook səhifəsində yazıb. Beləliklə, Azərbaycan hökumətinə Avropa Şurası tərəfindən sanksiyalar tətbiq edilmədən İlqar Məmmədovun azad edilməsi məsələsini həll etmək üçün yenidən vaxt verilib.
* Azərbaycanda ən məşhur siyasi məhbus, ReAl hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı şəhərində iğtişaşların təşkili haqqında saxta ittihamla həbs edilib və 7 il müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq ictiamiyyət onu siyasi məhbus kimi tanıyıb.
Avropa İnsan Hüquqları Məhkəməsi iki dəfə onun həbsinin ədalətsiz olması barədə qərar qəbul edib. Amma Bakı bu qərarlara məhəl qoymayıb. Bundan sonra Avropa Şurası Azərbaycana qarşı sanksiyaların tətbiqi mexanizmini işə salıb. -02D-
-
- İqtisadiyyat
- 22 Dekabr 2017 11:24
-
- Bazarların icmalı
- 22 Dekabr 2017 11:54
Siyasət
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
-
Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
-
Cümə günü ABŞ prezidenti Donald Tramp iki ölkə arasında "mənasız" müharibəyə son qoymaq üçün gələn həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə biləcəyini və Rusiya prezidenti ilə söhbət edə biləcəyini bildirib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Rəy yaz