president.az
İran Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştiraka hazırdır
Bakı/25.01.21/Turan: Bu gün prezident İlham Əliyev ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin görüşündə Azərbaycan-İran münasibətləri və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
İ.Əliyev iki ölkə arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib.
"Biz son illər iki qardaş ölkə arasında siyasi və iqtisadi, nəqliyyat və energetika sahələrində əməkdaşlığın çox yaxşı nəticələrini görürük", - İ.Əliyev deyib. O, “Şimal-Cənub” nəqliyyat dəhlizi kimi layihələrin həyata keçirilməsini uğurlu adlandırıb. Keçən il bu dəhlizlə daşımalar 20% artıb.
"Bu, çox müsbət nailiyyətdir, baxmayaraq ki, biz onu tam başa çatdırmamışıq", - İ.Əliyev bildirib. Regionda yeni vəziyyətlə əlaqədar "özəl investorlar və dövlət qurumları üçün yeni imkanlar, yeni qapılar" açılır", - dövlət başçısı qeyd edib.
Hazırda yeni nəqliyyat kommunikasiyaları, əsasən Xudafərin su anbarı və orada yeni elektrik stansiyalarının tikintisi üzrə əməkdaşlıq müzakirə mərhələsindədir. İ.Əliyev ümidvar olduğunu bildirib ki, bu layihə tezliklə başa çatdırılacaq.
Bundan əlavə, bir neçə il öncə razılaşdırılmış Ordubad və Mərəzəd elektrik stansiyalarının (həmçinin Araz çayı üzərində) tikintisi üzrə işlər uğurla həyata keçirilir.
Bununla yanaşı, İ.Əliyev ümidvar olduğunu bildirib ki, bu yaxınlarda Araz çayı üzərində körpünün təməlqoyma mərasimi keçiriləcək.
"Biz işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak edən şirkətlərin arasında İran şirkətlərini də görməyə şad olardıq. Bu, təbiidir, çünki bizim tərəfdaşlarımız yalnız dost ölkələr olacaqd. Şübhəsiz ki, yaxın yerləşmə, logistika və böyük təcrübə nəzərə alınmaqla İran şirkətləri üstünlüklərə malikdirlər", - İ.Əliyev deyib.
Öz növbəsində Zərif ilk növbədə Azərbaycan xalqını işğal olunmuş ərazilərin azad edilməsi münasibətilə təbrik edib. "Ümid edirik ki, bu, region dövlətləri arasında sülh və normal münasibətlərin başlanğıcı olacaq.
"3+3" yeni regional əməkdaşlıq formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Türkiyə və RF) barədə təklifinizə uyğun olaraq bu ideyanın reallaşması ilə bağlı məsələləri müzakirə etmək üçün bu ölkələrə səfər edəcəyəm. Region ölkələrinin öz aralarında əməkdaşlığı bütün ölkələrimizin maraqlarına uyğundur", - Zərif qeyd edib.
Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan, azərbaycanlıların öz yerlərinə qayıtmasına imkan yaradıldıqdan sonra İran buna kömək etməyə hazırdır.
"Dost olmağımızdan başqa, biz bu insanları öz soydaşlarımız hesab edirik. Araz çayının hər iki tərəfində həmişə soydaşlar arasında münasibətlər olub", - Zərif qeyd edib.
Onun sözlərinə görə, İran tərəfi üçün energetika, azad edilmiş ərazilərin bərpası, kənd təsərrüfatı prioritetdir və İran şirkətləri bunda iştirak etməyə hazırdır. İran həm də “Şimal-Cənub” və “Cənub-Qərb” dəhlizləri çərçivəsində fəaliyyət göstərmək istəyir.
Bundan əlavə, Tehran "Xudafərin" və "Qızqalası" su qovşaqları layihələri üzrə elektrik enerjisi istehsalında da əməkdaşlığa hazırdır.
O, Azərbaycanın rəsmi şəxslərinin İran səfərləri zamanı bu layihələrin həyata keçirilməsinin sürətləndirilməsinə dair razılaşmaların əldə olunmasından məmnunluğunu ifadə edib.—06D-
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz