İranda koronovirusdan ölənlərin sayı 514-ə çatıb
Tehran/13.03.20/Turan: İranda koronavirusa yoluxanların sayı 11364 nəfərə çatıb, 514 nəfər ölüb, 3529 nəfər sağalıb. Bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Jahanpur cümə günü bildirib.
“Son sutkalarda koronavirusa yoluxma ilə bağlı 1289 yeni hal aşkar edilib və yoluxanların ümumi sayı 11 min 364 nəfərə çatıb”, - o, mətbuat konfransında deyib. Beləliklə, İranda son sutka 85 nəfər koronovirusdan ölüb.
Qeyd edək ki, İran koronavirusun Azərbaycana yayıldığı əsas mənbə oldu. Bu günə qədər bu ölkədə hələ də virusun potensial daşıyıcısı olan Azərbaycan vətəndaşları var. -02D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz