![Глава МИД Ирана Мохаммад Джавад Зариф](https://turan.az/resized/media/2019/main/022600017022-750-500-resize.webp)
Глава МИД Ирана Мохаммад Джавад Зариф
İranın XİN başçısı istefa verib
Bakı/26.02.19/Turan: İranın XİN başçısı Məhəmməd Cavad Zərif vəzifəsindən getdiyini elan edib.
Bazar ertəsi, fevralın 25-də o, istefa verib. "Artıq öhdəliklərimi yerinə yetirə bilmədiyimə görə, həmçinin, vəzifədə olarkən yol verdiyim bütün nöqsanlara görə üzr istəyirəm", deyə Zərif öz İnstagram səhifəsində yazıb. O, 2013-cü ildən İranın xarici işlər naziri vəzifəsini tuturdu və Tehranla nüvə sövdələşməsinin bağlanmasına görə məsul idi.
Zərifin istefası İran prezidenti Həsən Ruhani tərəfindən qəbul edilməlidir. Zərif Ruhaninin ilk prezidentlik müddətində XİN-ə rəhbərlik edib və onun yenidən seçilməsindən sonra da öz vəzifəsində qalıb. İranın Prezident Administrasiyası elə həmin gün bir qədər sonra Zərifin istefa verdiyini təsdiq edib, amma Ruhaninin istefanı qəbul etməyəcəyini qeyd edib.
Fevralın ortalarında Zərif Münhen Təhlükəsizlik Konfransında iştirak edib. İran siyasətçisi Avropa ölkələrini nüvə sövdələşməsi ilə bağlı mübahisədə ABŞ-a qarşı daha mütəşəkkil şəkildə çıxış etməyə çağırıb. 2018-ci ilin mayında Vaşinqtonun birtərəfli qaydada sazişdən çıxmasından sonra Zərif İranın konservativ qüvvələri tərəfindən sərt tənqid atəşinə tutulub. Nüvə sövdələşməsi BMT TŞ-də veto hüququna malik beş ölkə, habelə Almaniya tərəfindən 2015-ci ilin iyulunda bağlanıb. 2018-ci ilin noyabrında ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. -02D-
Siyasət
-
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər ilə bağlı narahatlıq bildirərək ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
-
Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
Rəy yaz