
Ekrem İmamoğlu. Foto:Turan
İstanbul/10.04.19/Turan: İstanbul bələdiyyəsinin yeni seçilmiş sədri Ekrem İmamoğlu bir müddət sonra Azərbaycana səfər etmək niyyətindədir.
İmamoğlu, Turan agentliyi vasitəsilə Azərbaycana hansı mesaj göndərəcəyini soruşduqda, gülümsüyərək dedi:
-İşlərin əl-ayağını bir yerə toplayandan sonra qardaşlarımızın qəhvəsini içməyə getmək istərdim.
-Azərbaycanda bələdiyyeçilik formal səviyyədədir, təcrübələrinizi bölüşəcəksiniz?
-Əlbəttə ki, əlimdən gələn her şeyi qardaşlarımızla bölüşməyə hazıram.
Respublika Xalq Partiyasının namizədi Ekrem İmamoğlu martın 31-də Türkiyədə keçirilmiş bələdiyə seçkilərində qələbə gazanmışdır.-0--
Rəy yaz