Təzəxan Mirələmli
Jurnalist sərbəst buraxılıb (YENİLƏNİB)
Azadlıq qəzetin müxbiri Təzəxan Mirəmli sərbəst buraxılıb.
Bu barədə Turana məlumat verən Mirələmli bildirdi ki, onu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin yaşadığı evindən çıxaraq mülki geyimli şəxslər saxlayıb. "Üç nəfər idilər. Məni Xətai Rayon Polis İdarəsinə apardılar. Saxlanma səbəbi kimi mənə qarşı açılmış cinayət işi ilə bağlı mənə idarəyə çağırmaq üçün zəng etdiklərini lakin mən telefonu açmamağımı göstərdilər. Lakin mənə heç bir zəng gəlməmişdi. Daha sonra mənə sənədlərdə cuzi bir dəyişiklik etmək lazım olduğunu bildirdilər. Bu xırda dəyişikliyə görə məni 6 saata yaxın idarədə saxladılar".
Mirələmli bu hadisəni son günlər ərzində Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin həbsi ilə əlaqələndirib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
* * *
2020 Aprel 18 (Şəmbə) 00:16:22
Jurnalist Təzəxan Mirələmli saxlanılıb
Bakı/17.04.20 / Turan: "Azadlıq" qəzetinin əməkdaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Tezeхan Mirələmli bu gün həmin müxalif təşkilatın lideri Əli Kərimlinin evindən çıxarkən saxlanılıb. Bu barədə Turan-a AXCP sədrinin müavini Seymur Həzi məlumat verib.
"Təzəxan Mirələmli AXCP sədri Əli Kərimlinin evindən çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. O gün ərzində AXCP sıralarından həbs olunan 3-cü şəxsdir. Onun həbsi hakimiyyətin Əli Kərimlinin təcridi ilə bağlı xüsusi planı olduğunun bir daha sübut edir. AXCP sədri Əli Kərimli telefon əlaqəsiylə T. Mirələmlinin həbsinə münasibət bildirərkən dedi ki, son günlərdə həbs edilən cəbhəçilərin əksəriyyəti onunla birbaşa əlaqədə olan şəxslərdir. Mühafizəçi Niyaməddin Əhmədov məhz onun evinə gedib çıxdıqdan sonra izlənərək saxlanılıb. Ruslan Əmirovun həbsi də bənzər motivi olub. Bu gün həbs olunan İslam İslamzadə də bir gün əvvəl modem almaq üçün AXCP sədrinin evinə gedib. Bir az əvvəl saxlanılan Təzəxan bəy isə onlara müsahibə üçün gedibmiş.Jurnalist blokdan düşən kimi yolda həbs edilib.Hakimiyyətin planı Əli Kərimlini tam təcrid etməkdir. Onun xarici aləmlə nəinki internet, telefon, hətta fiziki əlaqəsini kəsirlər. Hakimiyyət ən yüksək səviyyədə həyata keçirdiyi əməliyyatlarla AXCP sədrini və partiyanı məhdudlaşdırmaq niyyəti güdür. Xalq Cəbhəsi Partiyası bu repressiyalar qarşısında geri çəkilməyəcəyini bildirməklə hökuməti qanunlara əməl və hörmət etməyə çağırır", - deyə Həzi bildirib.
O əlavə edib ki, bu gün AXCP Abşeron rayon təşkilatının fəalı Vüqar Abilliyə polisə tabe olmamaq ittihamı ilə 20 günlük həbs edilib. -06D-
-
- Söz istəyirəm
- 17 Aprel 2020 22:51
-
- Enerji
- 18 Aprel 2020 10:54
Siyasət
-
Yanvarın 16-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanı ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 11-ci görüşündə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətləri müəyyən edilib. Bu barədə Azərbaycanın Ermənistanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
-
“USAİD-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil”, - Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bugünkü mətbuat konfransında bildirib.
-
Azərbaycan və Gürcüstan hər zaman regionda sülhün və sabitliyin tərəfdarı olublar,- cümə axşamı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyası Lənkəran şöbəsinin fəalı Ramil Eynəliyev "polisə tabe olmamaq" ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib.
Ermənistan- ABŞ sazişi. İsrail- HƏMAS atəşkəsi. Rusiya təklənir? – Rauf Mirqədirov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:04
- 333
Rəy yaz