Искендер Гамидов
Keçmiş DİN rəhbərini Şəkidə saxlayıblar
Bakı/30.01.19/Turan: Azərbaycanın keçmiş DİN rəhbəri İsgəndər Həmidov yanvarın 30-da Şəkidə yerli polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İ.Həmidov Turan-a bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin keçmiş rəhbəri Rəhim Qazıyevin anasının vəfatının ildönümü ilə bağlı hüzr mərasiminə gedib. Lakin şəhərin girəcəyində onu saxlayıblar və iki saat rayon polis şöbəsində qalıb.
"Saxlanma hansısa qanun pozuntusu ilə əlaqədar olmayıb. Məndən hakimiyyəti tənqid etməyimin səbəblərini və yeni ictimai hərəkatın yaradılması haqda soruşdular", - İ.Həmidov deyib. Sonra heç bir açıqlama vermədən onu buraxıblar.
Şəki rayon polis şöbəsindən şərh almaq mümkün olmayıb.
İsgəndər Həmidov 1992-93-cü illərdə Azərbaycan DİN rəhbəri olub. Sonralar Milli Demokrat Partiyasını təsis edib. 1995-cı ildə 9 il azadlıqdan məhrum edilib.
Son vaxtlar yenidən aktiv siyasi fəaliyyətə qoşulub. Yanvarın 26-da yaradılan "Azərbaycan xalq hərəkatı" adlı ictimai qurumun təsisçilərindən biridir.-06D--
Siyasət
-
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının 10 faiz artırılması haqqında fərman imzalayıb.
-
Bazar ertəsi prezident İlham Əliev Sloveniyanın Azərbaycanda yeni səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib.
-
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misneri qəbul edib.
-
AŞPA-nın bu gün Strasburqda açılan qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səs hüququnun bərpa olunması məsələsinə baxılmayacaq. Bu, Azərbaycan parlamenti nümayəndə heyətinin səlahiyyətlərinin bərpa olunması üçün AŞPA-ya müraciət etmədikdən sonra məlum olub.
Rusiyaya qarşı dönən çarxlar, Milli Şuranın bu məsələdə adının hallandırılması... – Cəmil Həsənli Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:46
- 302
-
- Cəmiyyət,
- 14:38
- 351
-
- Söz istəyirəm,
- 12:21
- 378
Rəy yaz