
Koronavirusa yoluxma ilə bağlı üç yeni hal
Bakı/17.03.20/Turan: Azərbaycanda üç yeni koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb. Bu barədə ölkə hökuməti yanında Operativ qərargah məlumat verib.
Onların üçü də xüsusi rejimli xəstəxanaya yerləşdirilib, özlərini normal hiss edirlər, vəziyyətləri stabildir.
Yeni yoluxanların vətəndaşlığı açıqlanmır. Onların harada- ölkə daxilində, yoxsa Azərbaycandan kənarda yoluxduqları da məlum deyil.
Beləliklə, ölkədə yoluxanların ümumi sayı 28 nəfərə çatıb. Onlardan 6-sı sağalaraq evə buraxılıb.-02D-
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz