
Kosta-Rikanın XİN başçısı Bakıdakı səfirliyi açacaq
Bakı/27.11.178/Turan: Kosta-Rikanın xarici işlər naziri Manuel Qonsales Sans noyabrın 28-29-da Azərbaycana rəsmi səfər edəcək.
Səfər çərçivəsində o, xarici işlər naziri Elmar Məmmədyarovla və digər Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaq, bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.
Həmçinin, Sansın Bakıda Kosta-Rika səfirliyinin açılış mərasimində iştirakı planlaşdırılır. Nazirlərin mətbuat konfransı gözlənilmir. -06D-
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz