Açiq mənbələrdən foto.
Kreml 31 oktyabr tarixli üçtərəfli görüşün gündəliyini açıqlayıb
Bakı/28.10.22/Turan: Rusiya tərəfin təşəbbüsü ilə oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə oktyabrın 28-də RF prezidentinin saytında yerləşdirilən məlumatda deyilir.
"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalarının həyata keçirilməsinin gedişatını, Zaqafqaziyada sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımları nəzərdən keçirmək planlaşdırılır.
Eyni zamanda ticari-iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri müzakirə olunacaq.
Vladimir Putinin Nikol Paşinyan və İlham Əliyevlə ayrı-ayrı söhbətləri nəzərdə tutulub", deyə məlumatda bildirilir.
Nikol Paşinyan bir müddət əvvəl görüşdə iştirak edəcəyini təsdiq edib. İlham Əliyev hələ də iştirakı və görüşün gündəliyi ilə bağlı şərh verməyib. 02D
-
- Cəmiyyət
- 28 Oktyabr 2022 16:53
-
- Bazarların icmalı
- 28 Oktyabr 2022 17:00
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz