Kreml Bakı və Yerevanı gərginliyi azaltmaqa çağırıb
Bakı/07.11.22/Turan: Moskva Bakı və İrəvanı gərginliyi artıran addımlardan çəkinməyə çağırır. Bunu bazar ertəsi jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması ilə bağlı xəbərləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, Soçidə keçirilən üçtərəfli görüşdə tərəflər problemləri siyasi-diplomatik, sülh yolu ilə həll etmək niyyətlərini bəyan ediblər.
"Buna görə də biz tərəfləri təmas xəttində gərginliyə səbəb ola biləcək təhlükəli hərəkətlərdən və addımlardan çəkinməyə çağırırıq", - TASS Peskovdan sitat gətirib.-0-
-
- Dünyada
- 7 Noyabr 2022 14:56
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz