Sergei Lavrov and Mohammad Javad Zarif.
Lavrov və Zərif Qarabağ məsələsini və regional məsələləri müzakirə ediblər
Moskva/26.01.21/Тuran: Moskva və Tehran bir sıra regional məsələlərlə, o cümlədən Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı dialoqun dərinləşdirilməsində qarşılıqlı maraqları olduğunu qeyd edir. Bu barədə çərşənbə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran XİN başçısı Məhəmməd Cavad Zəriflə danışıqları açarkən bildirib.
“Ölkələrimizin bizi əhatə edən regiondakı rolunu nəzərə alaraq, biz Fars körfəzində təhlükəsizlik, Əfqanıstan nizamlanması problemləri kimi məsələlər üzrə dialoqun dərinləşdirilməsində maraqlıyıq və əlbəttə ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əldə edildikdən sonra Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə etmək olar”, deyə TASS agentliyi Lavrovdan sitat gətirir.
Danışıqların yekunlarına görə nazirlər informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində hökumətlərarası saziş imzalayıblar. -02D-
-
- Cəmiyyət
- 26 Yanvar 2021 15:22
-
- Kənd təsərrüfatı
- 26 Yanvar 2021 15:36
Siyasət
-
ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Erin Robertson Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun yanvarın 16-da Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2024-cü il 1 iyun tarixindən Azərbaycanda fəaliyyət göstərməsinin de-yure mümkün olmaması ilə bağlı bəyanatı barədə Amerikanın Səsinin sorğusuna cavab verib.
-
Azərbaycandakı diplomatik missiyanı başa vuran ABŞ səfiri Mark Libbi yekun çıxış edib. Səfirliyin Facebook səhifəsində dərc olunan çıxışda deyilir:
-
Yanvarın 18-də prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
-
Mark Libbi ABŞ-ın Azərbaycandakı səfiri kimi diplomatik missiyasını başa vurdu. Bu barədə səfirliyin X sosial hesabında dərc edilmiş məlumatda deyilir.
Rəy yaz