![Lənkəran polisindən müsavatçıya xəbərdarlıq](https://turan.az/resized/media/2017/main/122200006421-750-500-resize.webp)
Lənkəran polisindən müsavatçıya xəbərdarlıq
Bakı/21.12.17/Turan: Müsavat Partiyası Lənkəran şəhər təşkilatının sədri İman Əliyevə polisdə xəbərdarlıq edilib. Bu, müsavatçının dalbadal iki gün Lənkəran Polis İdarəsində sorğu-sual edilməsindən sonra baş verib. Bu haqda Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov bildirib.
Onun sözlərinə görə, Müsavatın Lənkəran təşkilatının sədri İ.Əliyev dekabrın 20-si polisə aparılıb. Bunun səbəbləri haqda yaxınlarına heç bir bilgi verilməyib. Onu gecə saat 12-yə işləmiş, dekabrın 21-də isə polisə gəlmək şərtilə sərbəst buraxıblar.İ.Əliyev bu gün yenidən polis idarəsinə gedib.
Y.Sadıqovun bildirdiyinə görə, müsavatçıdan polisə şikayət daxil olubmuş.
"Bir vətəndaş İ.Əliyevdən polisə şikayət edib. O, şikayətində bildirib ki, guya, İ.Əliyev onu zorla partiyaya üzv etmək istəyir və polisdən yardım sitəyib", Y.Sadıqov bildirib.
Onun sözlərinə görə, polisdə İ.Əliyevlə "tərbiyəvi söhbətlər" aparıldıqdan sonra xəbərdarlıq edilib və sərbəst buraxılıb.
Müsavatın təşkilat sədrinin sorgu-sual edilməsi ilə bağlı Lənkəran polisindən münasibət almaq mümkün olmayıb.
Müsavat Partiyasından isə bildirilib ki, İ.Əliyevin sorğu-sual edilməsinə səbəb noyabrın 26-da evində təşkilatın konfransını keçirmək istəməsidir.
"Ötən ay keçirilmiş həmin konfransdan sonra sonra İ.Əliyev polis və icra orqanları tərəfindən təqib olunur", partiyadan bildiriblər.-05B-
-
- İqtisadiyyat
- 22 Dekabr 2017 13:25
-
- Cəmiyyət
- 22 Dekabr 2017 14:03
Siyasət
-
Gənc talış tədqiqatçısı İqbal Əbilovun işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə Turana onun vəkili Fariz Namazlı bildirib.
-
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər ilə bağlı narahatlıq bildirərək ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
Rəy yaz