Liliana Mori-Paskye AŞPA-nın prezidenti seçilib
Strasburq/25.06.18/Turan: İyunun 25-də Avropa Şurası Parlament Assambleyasının iclasında Liliana Mori-Paskye AŞPA-nın prezidenti seçilib.
O, AŞPA-nın 32-ci prezidenti və 1949-cu ildən bu yana isveçrəli ikinci nümayəndədir.
Mori-Paskye öz çıxışında xatırladıb ki, bu gün Avropa Şurası dəyərlərinin hər zamankından daha çox dəstəyə və müdafiəyə ehtiyacı var.
"Çox gərgin miqrasiya və təhlükəsizlik şəraitində ekstremizm, zorakılıq və repressiyaların artması bizi birləşdirən hər şeyin daimi dəstəklənməsini tələb edir", - bildirib.
"Bəzi Avropa ölkələrində ifadə, KİV, toplaşma azadlığının, hüquq bərabərliyi və azlıqların müdafiəsinin sıxışdırılması faktları narahatlıq doğurur. İnsan hüquqları, demokratiya və qanunun aliliyi əzab-əziyyət, istismar və yoxsulluq üçün bəhanə olmamalıdır.
Bizim və təmsil etdiyimiz dövlətlərin hər birinin iştirakı olmadan sülhə yardım etmək mümkün deyil", - o vurğulayıb.
AŞPA-da korrupsiyaya qarşı həyata keçirilən tədbirlərə toxunan Mori-Paskye əmin olduğunu bildirib ki, onun sədrliyilə Assambleya öz şərəfinin bərpa olunmasını davam etdirəcək və tam şəffaflığa doğru irəliləyəcək. "Ancaq milli hökumətlər və parlamentlər də öz addımlarını atmalı və bu ilin sonunadək görülmüş işlər barədə məlumat verməlidirlər", - o qeyd edib.-02D-
Siyasət
-
On beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edərək Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb.
-
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətinin “Toplum” TV-nin jurnalistlərinə qarşı altı yeni ittiham irəli sürmək qərarını və bu nəşrin daha bir müxbirinin həbsini pisləyib.
-
Yanvarın 21-də Tehranda keçirilən görüşdə İran prezidenti Məsud Pezeşkian və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iqtisadi sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
-
Yanvarın 21-də Bakıda Qarabağ separatçılarının cinayət işi üzrə hazırlıq iclası davam edib.
Rəy yaz