Açiq mənbələrdən foto.
Mədəniyyət Nazirliyinin şöbə rəisi 4 ay müddətinə həbs edilib
Bakı/03.11.22/Turan: Noyabrın 2-də Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Səbail Rayon Məhkəməsi bu məlumatı Turan-a təsdiqləyib.
Məlumata görə, Səbail Rayon Məhkəməsində istintaq orqanının vəsatətinə baxılıb və təmin edilib.
Lakin şöbə müdirinin hansı ittihamlarla həbs olunduğu barədə məlumat verilməyib.
* Qeyri-rəsmi məlumatlara görə, noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. DTX hələlik bu barədə açıqlama yaymayıb.
DTX 2020-ci ildə də Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Əməliyyat nəticəsində mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov və bu nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov həbs olunmuşdu. 16D
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz