
Bakı/06.12.18/Turan: Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının rəhbərliyi Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaradılmasının 100 illiyi ilə bağlı tədbir keçirmək üçün Müsavat Partiyasına yer ayırmaqdan imtina edib.
Bu barədə Turan-a partiya sədri Arif Hacılı bildirib. O, partiyanın yubileyi qeyd etmək imkanlarından məhrum olunmasını hakimiyyətin Müsavat Partiyasına təzyiqi və AXC tarixinə qısqanclıq kimi qiymətləndirib.
Partiya tədbiri dekabrın 7-də saat 15:00-da öz mənzil qərargahında keçirəcək ki, burada akt zalında yerlər məhduddur.
Mədəniyyət Sarayının rəhbərliyi Müsavat Partiyasına zal ayırmaqdan imtina etməsinin səbəblərini şərh etməyib.-05B06-
Rəy yaz