
Yerevan/15.03.19/Turan: Cümə günü Yerevan məhkəməsi Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbs müddətinin daha iki ay müddətinə uzadılması barədə istintaqın vəsatətini təmin edib.
İstintaq qərarı onunla izah edib ki, R.Köçəryan şahidlərə təzyiq göstərə bilər. Məhkəmə eks-prezidentin zaminə buraxılması barədə vəkillərin vəsatətini təmin etməyib. İclasda P.Köçəryan ozü iştirak edib.
R.Köçəryan ötən ilin iyulunda həbs olunub. O 2008-ci ilin martında konstitusiya quruluşunun devrilməsində ittiham olunub. Lakin avqustun 31-də Apellyasiya Məhkəməsi bu qərarı ləğv edərək onu azad edib.
Baş Prokurorluq bu qərardan şikayət verib və dekabrda Apellyasiya Məhkəməsi yenidən R.Köçəryanı həbs edib.-02D-
Rəy yaz