Mehriban Əliyeva ilk dəfə regionlara tək səfər edib
Bakı/15.02.19/Turan: Son günlər KİV və siyasətçilərin diqqətindən bir qədər kənarda qalan hadisə baş verib. Belə ki, ilk dəfə olaraq ki, Mehriban Əliyeva tək, ölkənin birinci vitse-prezidenti kimi regionlara səfər etməyə başlayıb.
İlk səfər ötən gün Gəncəyə olub. Səfər zamanı yerli sakinlərlə görüş keçirilib. "Əsas məqsədim həllini tapmayan problemlərinizi bilməkdir. Onların hamısı ardıcıl şəkildə həll olunmalıdır", - M.Əliyeva şəhərlilərlə görüşündə deyib.
O qeyd edib ki, məktəb məsələsilə ciddi məşğul olur və ölkədə təmir edilməmiş bir məktəb belə olmamalıdır. Bundan əlavə, uşaq bağçaları ilə bağlı məsələlər həll olunacaq.
O deyib ki, Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində zərər çəkən vətəndaşlar üçün 36 ailəllik yeni çoxmənzilli bina inşa ediləcək.
"Gəncə ilə bağlı problemlər diqqət mərkəzindədir. Əmin ola bilərsiniz ki, sizi narahat edən hər məsələ ilə bağlı sizinlə əlaqə yarada bilərik və mən mümkün olan hər şeyi etməyə hazıram", - o vurğulayıb.-02D-
-
- İqtisadiyyat
- 15 Fevral 2019 14:17
-
- Maliyyə
- 15 Fevral 2019 15:42
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
Rəy yaz