Məmmədyarov-Mnatsakanyan görüşü 7 saat davam edib
Баку/29.01.20/Turan: Yanvarın 29-da Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü yeddi saat davam edib. Bu barədə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Twitter səhifəsində yazıb.
“Tərəflər və həmsədrlər danışıqların intensivləşməsininə və danışıqlarda bütün məsələlərlə bağlı nəzərəçarpan nəticələrin əldə olunmasına tərəfdardır. Danışıqlar sabah davam edəcək”, - L. Abdullayeva qeyd edib.
Öz növbəsində Ermənistan XİN mətbuat xidməti görüşün məzmunu ilə bağlı geniş məlumat verməyərək bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri danışıqların yekunları ilə bağlı bəyanat verəcəklər.-0-
-
- Cəmiyyət
- 29 Yanvar 2020 21:46
-
- Sual-cavab
- 29 Yanvar 2020 23:28
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz