Mətbuat şurasının üzvü saxta sənədlər satdığına görə həbs edilib
Bakı/16.04.20/Turan: Binəqədi qəsəbə bələdiyyəsinin sədri Niyaz Niftiyev həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat yayıb.
N.Niftiyev rəhbərlik etdiyi qurumun Bələdiyyə gəlirlərinin və yerli vergilər şöbəsinin rəisi Sahib Abışovla birlikdə tutulub. Onlar xüsusi karantin rejimində sərbəst hərəkət etmək imkanı əldə etmək istəyənlərə saxta arayışlar verməkdə ittiham olunur. İddiaya görə, bələdiyyə sədri və şöbə rəisi birlikdə 431 nəfərə saxta arayış satıblar. Arayışlarda həmin adamların qəsəbə ərazisində meyvə-tərəvəz və başqa yeyinti məhsullarının satışıyla məşğul olduqları yazılıb.
Rəsmi məlumatda qeyd olunur ki, adları çəkilən şəxslər növbəti dəfə belə arayışları satanda yaxalanıblar. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi arayış satışı barədə daxil olan məlumat əsasında bələdiyyənin binasında əməliyyat keçirib. Bələdiyyə sədrinin tutulması barədə rəsmi məlumata onun xidməti otağında aparılmış əməliyyat çəkilişi də əlavə olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri, blankları saxtalaşdırma, qanunsuz hazırlama) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələrilə cinayət işi başlanıb. İstintaq araşdırmaları da da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır.
Qeyd edək ki, Niftiyev Mətbuat şurası idarə heyyətinin üzvüdür. Prezidentin sabiq köməkşisi Əli Həsənovun komandasının üzvü hesab edilən Niftiyev “Azadinform” informasiya agentliyinin baş redaktoru olub. O, “Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə” “Tərəqqi” medalı ilə təltif olunub.—0--
-
- Kənd təsərrüfatı
- 16 Aprel 2020 19:15
-
- Foto sessiyalar
- 16 Aprel 2020 19:40
Siyasət
-
Rusiyalı müstəntiqlər, Azərbaycan Hava Yolları (AZAL) tərəfindən idarə olunan 8243 saylı reysin qəzasının raket zərbəsi nəticəsində baş verdiyini təsdiqləyiblər. Bu barədə istintaqa yaxın mənbələrin yeni məlumatlarına istinadən Azərbaycan hökumətyönlü nəşri AnewZ xəbər verir.
-
Azərbaycanın özəl yayım kanalı Baku TV çərşənbə günü efirdə “Rus Evi”ni mədəni və humanitar fəaliyyət adı altında anti-Azərbaycan casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edən reportaj yayımlayıb. Reportajda “etibarlı mənbələr”ə istinad edilib, lakin mənbələrin kimliyi açıqlanmayıb. İddialara görə, Rusiya mədəniyyət mərkəzi milli ziddiyyətləri qızışdırır və kəşfiyyat fəaliyyəti üçün baza rolunu oynayır.
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
Rəy yaz