Лука Волонте
Milanda Luka Volontenin - "kürü diplomatiyasının" fiqurantının işi üzrə məhkəmə başlayıb
Bakı/03.06.19/Turan: Bu gün, İyunun 3-də yerli vaxtla saat 9-da Milanın Ədalət Sarayında Avropa Şurasının Hüquq məsələləri və insan hüquqları üzrə parlament komitəsinin keçmiş sədri Luka Volontenin işi üzrə məhkəmə prosesi başlayıb. O, Azərbaycan hakimiyyətindən digər AŞPA deputatlarını ələ almaq üçün böyük məbləğdə rüşvət almaqda ittiham olunur.
Məlumatlı mənbələrdən Turan-a daxil olan məlumata görə, məhkəmə prosesində ittiham tərəfindən ekspert kimi Azərbaycanın Aİ-dəki nümayəndəliyinin keçmiş rəhbəri, Avropa Şurasında daimi nümayəndə Arif Məmmədov iştirak edir.
Təhlükəsizlik məqsədilə o, İtaliya hüquq-mühafizə orqanları tərəfindən gücləndirilmiş mühafizə ilə təmin edilib. Ümumilikdə məhkəmənin, xüsusən Volontenin özünün ətrafında misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb.
İtaliyalı deputat Luka Volonte beynəlxalq "kürü diplomatiyası" qalmaqalının - beynəlxalq "Avropa sabitlik təşəbbüsü" QHT-nin araşdırmasının fiqurantıdır. O, Azərbaycandan 2,3 mln. avro almaqda, bu məbləği 2013-cü ilin yanvarında Azərbaycanda siyasi məhbuslar haqqında məruzənin qəbul edilməməsi məqsədilə bir sıra AŞPA deputatlarının cəlb edilməsinə yönəltməkdə ittiham olunur.
2016-cı ildə Milan Prokurorluğu Volonteyə qarşı ittiham irəli sürərək, araşdırmaya başlayıb. -0-
-
- Siyasət
- 3 İyun 2019 11:52
Siyasət
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
-
Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin 141-ci doğum günüdür. Bu gün Müsavat Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Milli Şuranın fəalları Rəsulzadənin anadan olduğu Bakının Novxanı kəndindəki abidəsi önündə anım tədbirləri keçiriblər.
Rəy yaz