
Bakı/10.02.20/Turan: Bazar ertəsi MSK bütün 125 seçki dairəsində parlament seçkiləri ilə bağlı ilkin məlumatları açıqladı.
72 dairədə Yeni Azərbaycan Partiyasının nümayəndələri liderlik edirlər. Deputatlığa üç namizəd Vətəndaş Həmrəyliyi Partiyasından keçir. Hər biri bir nəfər olmaqla Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Vətəndaş Birliyi Partiyası, Vəhdət Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik Maarifçilik Partiyasından və Böyük Quruluş Partiyası parlamentdə yer alıb.
Digər 43 namizəd bitərəfdir. Onların arasında müxalifətyönlü Respublikaçı Alternativ Partiyasının üzvü Erkin Qədirli də var.
Ümumilikdə, əvvəlki çağırış deputatların üçdə ikisi Milli Məclisə keçir.06D-
Rəy yaz