MSK namizədlərin şikayətlərinə baxır
Bakı/18.02.20/Turan: 29 saylı Səbail Seçki Dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin şikayəti araşdırılması üçün Dairə Seçki Komissiyasına (DSK) göndərilib. Bu qərarı MSK fevralın 18-də qəbul edib.
MSK-nın ilkin məlumatına görə, sözügedən dairədə Nigar Arpadarai liderlik edir.
Hacıyev İnternetdə bu dairədə seçkilər zamanı yol verilmiş pozuntular haqqında çoxsaylı videokadrlar yerləşdirib.
Elə bu gün MSK 123 saylı Kəlbəcər Seçki Dairəsinin 16 saylı seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib.
Şikayəti deputatlığa namizəd Əziz Qənbərov vermişdi. O, bülletenlərin kütləvi şəkildə qutulara atılması, eyni seçicilərin dəfələrlə səs verməsi faktlarını qeyd etmişdi. Amma MSK təkcə bir məntəqədə pozuntulara yol verildiyi qənaətinə gəlib. 123 saylı dairədə Yeni Azərbaycan Partiyasının namizədi Aqil Məmmədov liderlik edir.
MSK həmçinin 56 saylı Xaçmaz kənd seçki dairəsindən namizəd Zeyqəm Hüseynovun şikayətinə baxıb və seçkilərin nəticəsinə təsir edən pozuntular müəyyən etməyib. -21D-
-
- Böyük Şərq
- 18 Fevral 2020 17:43
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz