Açiq mənbələrdən foto.
Münasibətlərin gərginləşməsi fonunda İran parlamentinin rəhbəri Bakıya gələcək
Bakı/31.10.22/Turan: İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfər edəcək.
Bu barədə Turan-a məlumat verən İran səfirliyindəki mənbə səfərin tarixini dəqiqləşdirməyib və yaxın vaxtlarda baş tutacağını qeyd edib.
Xatırladaq ki, ötən axşam iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı olub.
İRNA agentliyinin məlumatına görə, İranın xarici işlər naziri “Qafqaz mübahisəsinin 3+3 formatında həlli”nə tərəfdar olduğunu bildirib. Bu o deməkdir ki, İran Bakı və Yerevan arasında danışıqların iştirakçısı olmaq istəyir.
Həmçinin Abdullahiyan "bölgədə xarici qüvvələrin olmasına” qarşı çıxıb, “bu, mübahisələri daha da çətinləşdirir”.
“İran Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir və regionda xarici qüvvələrin yerləşdirilməsinin əleyhinədir, bu, regionun təhlükəsizliyinə təhdid yaradır”, - İRNA Abdullahiyandan sitat gətirib.
Qeyd edək ki, son günlər İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər nəticəsində ikitərəfli münasibətlərdə gərginlik müşahidə olunur. Bu fonda İrandan Azərbaycanın ünvanına təhdidlər səslənib, həmçinin Tehranın Ermənistana silah göndərməsi barədə məlumatlar yayılıb. 16D06
Siyasət
-
“Azel” TV saytının rəhbəri, Azərbaycana ekstradisiya məqsədilə Gürcüstanda həbs olunmuş Əfqan Sadıqov fevralın 2-dən quru aclığa başlayıb. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib. Fevralın 2-də o, Əfqan Sadıqov ilə telefonla danışıb.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətinin getdikcə pisləşməsinə baxmayaraq, ona adekvat tibbi yardım göstərilmir. Bu barədə Turan-a vəkil Elçin Sadıqov təcridxanada Məmmədliyə baş çəkdikdən sonra bildirib.
-
Həştərxan üzərində hava məkanının müntəzəm bağlı olması ilə əlaqədar AZAL dövlət aviaşirkəti uçuşların təhlükəsizliyi üçün Bakı–Həştərxan–Bakı marşrutu üzrə bütün reysləri qeyri-müəyyən müddətə dayandırır. Bu barədə fevralın 3-də AZAL Azərbaycan dövlət aviaşirkəti bildirib.
-
Azərbaycan Dövlət Təhlükəsizliyı Xidməti və Daxili İşlər Nazirliyi Qusar rayonunda radikal ekstremist qruplaşmanın zərərsizləşdirildiyini bildiriblər. Qruplaşmanın 8 üzvü silahlı müqavimət göstərərkən məhv edilib, 6-ı həbs olunub.
Bələdiyyə seçkiləri necə keçdi? – Hafiz Həsənov Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:18
- 131
Rəy yaz