Müsavat parlament seçkilərinin nəticələrinin ləğv edilməsini tələb edir
Bakı/10.02.20/Turan: Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar parlament seçkiləri demokratik seçkiqabağı mühit, müvafiq hüquqi baza və bərabər siyasi rəqabət olmadan keçirilib. Bu barədə Müsavat Partiyasının ilkin bəyanatında deyilir.
Növbədənkənar seçkilər keçirilməsinin səbəbləri aydın şəkildə izah edilməyib, seçkilər növbədənkənar olduğuna və qəfil təyin edildiyinə görə isə siyasi qüvvələr və ictimaiyyət seçkilərə hazırlaşa bilməyib. Müxalifətin və beynəlxalq orqanların seçki islahatı ilə bağlı təklifləri müzakirə olunmayıb.
Səsvermə və səslərin hesablanması prosesi kütləvi pozuntularla müşaiyət olunub. Azərbaycan parlamentinə seçkilər azad və ədalətli olmayıb, seçkilərin elan edilən nəticələri isə xalqın iradəsini əks etdirmir. Saxtalaşdırmalar yolu ilə formalaşdırılmış Milli Məclis Azərbaycan Respublikasının qanunverici orqanı funksiyalarını yerinə yetirə bilməz, deyə bəyanatda qeyd edilir.
Müsavat-ın tələbləri:
- Azərbaycan Milli Məclisinə növbədənkənar 9 fevral seçkilərinin nəticələri ləğv edilsin;
- ölkədə real siyasi islahatlar həyata keçirilsin;
- seçkiqabağı demokratik şərait yaradılsın;
- fundamental azadlıqlar təmin edilsin;
- siyasi məhbuslar dərhal azad edilsin;
- müxalifət və beynəlxalq təşkilatların təklifləri nəzərə alınmaqla, Seçki Məcəlləsinə dəyişikliklər edilsin;
- bərabər siyasi rəqabət şəraiti yaradılsın.
Son olaraq partiya yeni parlament seçkiləri keçirilməsini tələb edir. -06D-
-
- Maliyyə
- 10 Fevral 2020 13:26
-
- İqtisadiyyat
- 10 Fevral 2020 13:53
Siyasət
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirakı çərçivəsində İsrail Dövlətinin Prezidenti İsaak Hersoq ilə görüşüb.
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.
-
Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Abzas Media nəşrinin işi üzrə proses davam edib. Məhkəmə nəşrin direktoru Ülvi Həsənlinin ifadəsini dinləyib. O, ona qarşı irəli sürülmüş ittihamları rədd edib.
-
Görünür, Kremlin ABŞ-da Donald Trampın hakimiyyətə gəlişinin Rusiya üçün sərfəli olacağı haqqında ümidləri özünü doğrultmayıb.
Rəy yaz