![Müsavat Partiyası yürüş-mitinq keçirmək barədə qərar qəbul edib](https://turan.az/resized/media/2019/main/022600017024-750-500-resize.webp)
Müsavat Partiyası yürüş-mitinq keçirmək barədə qərar qəbul edib
Bakı/26.02.19/Turan: Müsavat Partiyası martın 10-da "Siyasi məhbuslara azadlıq!", "Sərbəst toplaşma azadlığı təmin edilsin!", "Aztəminatlı əhalinin kredit borcları dövlət tərəfindən ödənilsin!" və digər tələblərlə Süleyman Sani Axundov küçəsindən başlamaqla, "Dərnəgül" metrostansiyası yaxınlığındakı meydana qədər yürüş, sonda mitinq keçirilməsi ilə bağlı qərar qəbul edib.
Müsavat Partiyasının fevralın 25-də keçirilən divanı ölkədə sərbəst toplaşmaq azadlığı haqqında qanuna əməl olunmamasını, məhdud icazəli toplaşma imkanlarının aradan qaldırılmasını pisləyib.
Partiya yürüş-mitinq keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərəcək. Məlumatı Müsavat Partiyasının mətbuat xidməti yayıb. -03B-
Siyasət
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
-
Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
-
Cümə günü ABŞ prezidenti Donald Tramp iki ölkə arasında "mənasız" müharibəyə son qoymaq üçün gələn həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə biləcəyini və Rusiya prezidenti ilə söhbət edə biləcəyini bildirib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Rəy yaz