azadliq.info
Müxalifət mitinqinin iştirakçıları siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər
Bakı/19.01.19/Turan: "Məhsul" stadionunda müxalifətin çoxminlik mitinqi aksiyanın qətnaməsi ilə başa çatıb. Qətnamədə hakimiyyətdən bloger Mehman Hüseynovun və digər siyasi məhbusların azad edilməsi, həmçinin onlara dəstək olaraq aksiyda iştiraka görə saxlanılan şəxslərin buraxılması tələb olunur. Bundan əlavə, korrupsiya yolu ilə offşorlara ötürülən vəsaitlərin ölkəyə qaytarılması tələb edilir. "Beynəlxalq qurumlarda Qarabağın azadlığına necə nail olmaq barədə düşünməyin lazım gəldiyi bir vaxtda Avropa Parlamenti Azərbaycanda insan hüquqları məsələsini müzakirə edir. Və bunda ölkəni Afrika banan respublikalarına çevirən hakimiyyət günahkardır", - Müsavat Partiyası İdarə Heyətinin üzvü Tofiq Yaqublu bildirib
REAL Partiyasının lideri İlqar Məmmədovun fikrincə, hakimiyyət ölkənin problemlərini həll etmək əvəzinə "gənclər ilə- Mehman Hüseynov və digər fəallarla prinsip aparır".
AXCP lideri Əli Kərimli hakimiyyəti korrupsiyada və despotizmdə ittiham edib. "Bu gün buraya 20 min adam toplaşıb ki, dinastiya rejimindən qurtulmaq üçün öz istəyini ifadə etsin. Bizim hərəkat bu rejimi tarixin arxivlərinə göndərməklə başa çatacaq", - Ə.Kərimli vurğulayıb.
Mitinq emosional gərgin vəziyyətdə keçib. Aksiya iştirakçıları vaxtaşırı "Mehman!", "Azadlıq!", "İstefa!" şüarlarını səsləndiriblər.
Bakı polisinin məlumatına görə, aksiyada 2800 nəfər iştirak edib.--0--
-
- Siyasət
- 19 Yanvar 2019 15:05
-
- Foto sessiyalar
- 19 Yanvar 2019 21:32
Siyasət
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
Rəy yaz