Nikol Paşinyan: Ermənistan tranzit boru kəmərində maraqlıdır
Bakı/30.01.19/Turan: "Təəssüf ki, Ermənistanda A nöqtəsindən B nöqtəsinə neft və qaz nəql edən tranzit boru kəməri tikilmir. Biz belə bir boru kəmərində çox maraqlıyıq". Bu barədə RBK-ya müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırıb-planlaşdırmadığı haqqında suala cavabında bildirib.
Bu sözlərlə Paşinyan faktiki olaraq etiraf edib ki, Ermənistan bu asılılıqdan qurtulmaq istəyir.
İndiki halda bu, İrandan və ya Azərbaycandan qaz kəməri ola bilər. Rəsmi Bakı Ermənistana boru kəməri qolu çəkərək, onu qaz və neftlə təmin edə biləcəyini istisna etmirdi. -02D-
Siyasət
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
-
Yanvarın 23-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalisti Aytac Tapdığın ev dustaqlığına köçürülməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 154
-
- Bazarların icmalı,
- 14:22
- 175
Rəy yaz