Nikol Paşinyan və xanımı koronavirusa yoluxa bilər
Bakı/14.03.20/Turan: Ermənistanın baş naziri Nikol Paşinyan və ailəsi Sevandakı bağ evində izolyasiya rejimindədirlər. Bu barədə o, Facebook səhifəsində bildirib. Paşinyanın sözlərinə görə, xanımı ilə birlikdə koronavirus testindən keçəcəklər, çünki yoluxma ehtimalı var.
“Braziliya prezidentində koronavirusun təsdiqləndiyini biləndə narahat olduq. Dünən bunu bildik və özümüzü təcrid etməyi qərara aldıq. Martın 7-də Anna Braziliya prezidentinin xanımı ilə görüşüb və tərslikdən onunla qucaqlaşıb, foto çəkdirib. Hərarətimizi ölçdük, yox idi. İndi izolyasiyada qalacağıq, hər şeyin normal olduğuna əmin olmaq üçün sabah səhər test verəcəyik”, - Ermənistan KİV Paşinyandan sitat gətirib.-02D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz