Nikol Paşinyanın Moskvaya işgüzar səfəri
Moskva/25.01.19/Turan: Rusiya prezidentinin Ermənistanın baş naziri ilə görüşü planlaşdırılmır. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan öncə RF XİN rəhbərinin müavini Qrigori Karasin bildirmişdi ki, N.Paşinyan "Avrasiya Komissiyasının kollegiyası ilə görüş üçün" yanvarın 25-də Moskvaya səfər edəcək.
Ermənistan KİV-in məlumatına görə, 2019-cu ildə bu qurumda sədrlik Ermənistana keçir. N.Paşinyan iclasda çıxış edəcək.
Xatırladaq ki, Avrasiya İqtisadi Komissiyası (AİK) Avrasiya İqtisadi Birliyinin (əvvəllər Gömrük İttifaqı) və vahid iqtisadi məkanın daimi fəaliyyət göstərən tənzimləyici orqanıdır.
Avrasiya Komissiyası 2012-ci ildə Rusiya, Belarus və Qazaxıstan liderləri tərəfindən təsis edilib.-02D-
-
- İqtisadiyyat
- 25 Yanvar 2019 13:29
-
- Cəmiyyət
- 25 Yanvar 2019 13:57
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
Rəy yaz