
Bakı/22.02.19/Turan: Fevralın 21-də bir qrup azərbaycanlı mühacir Almaniyanın Nürnberq şəhərində BMT ofisinin qarşısında aksiya keçirib.
"Meydan" TV-nin məlumatına görə, toplaşanlar Azərbaycanda siyasi məhbusların azad edilməsini və ölkə hakimiyyətinin istefasını tələb ediblər. Piketdə Almaniyada yaşayan müstəqil fəallar və jurnalistlər, müxalifət partiyalarının 50-yə yaxın üzvü iştirak edib.
Fevralın 20-də vətəndaş cəmiyyətinin siyasi məhbusların siyahısının hazırlanması üzrə İşçi Qrupu yeni hesabatı açıqlayıb. Sənədə 127 məhbusun adı daxil edilib.16D-
Rəy yaz