Özbəkistanda televiziya efirində İslam Kərimovun adını anmaq qadağan edilib
Bakı/24.08.18/Turan: Özbəkistanda telekanalların əməkdaşlarına efirdə ölkənin birinci prezidenti, 2016-cı ildə vəfat etmiş İslam Kərimovun adını anmaq qadağan edilib. Bu barədə "Azadlıq" radiosu məlumat yayıb.
Telekanalların redaktorlarına Kərimovun adını "daha az yad etmək" və Özbəkistanın hazırki prezidenti Şavkat Mirzəyev haqqında daha çox danışmaq əmr edilib.
Jurnalistlərin sözlərinə görə, verilişlərdə birinci prezidentin fotoşəkillərin və abidələrinin göstərilməsi də qadağan edilib.
"Rəhbərlik bizə deyib ki, efirdə Kərimovun adı səslənsə başımızdan olacağıq", deyə telekanallardan birinin aparıcısı bildirib.
Bir müddət əvvəl məlum olub ki, Özbəkistanda Kərimovun portretləri və kitabları məhv edilir. Avqustun 20-də suvenir satıcılarına qarşı reydlər aparılıb. Birinci prezidentin təsviri olan maqnit və təqvim satanlar cərimələnib, mallar isə müsadirə olunub. -02D-
-
- Cəmiyyət
- 24 Avqust 2018 11:29
Siyasət
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
-
ABŞ Dövlət katibi Marko Rubio cümə günü əksər mövcud xarici yardım qrantlarının 90 gün müddətinə dayandırılmasını əmr edən göstəriş imzalayıb. Bu qərar Dövlət Departamenti rəsmilərini şoka salıb və Politico-nun məlumatına görə, Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini hədəfə alıb.
-
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, bu barədə Azərbaycan XİN-in yanvarın 25-də yaydığı məlumatda bildirilir.
Rəy yaz