Parlament "xarakiri" etdi (YENİLƏNİB)
Bakı/02.12.19/Turan: Azərbaycan parlamenti prezident İlham Əliyevə Milli Məclisi buraxmaq və növbədənkənar seçkilər təyin etmək xahişi ilə müraciət qəbul edib.
Müraciət layihəsi səs çoxluğu ilə qəbul edilib. -0-
* * *
2019 Dekabr 02 (Bazar ertəsi) 14:08:43
Xüsusi xidmətləri olduğunu iddia edən deputatlar indi özlərini buraxmaq qərarına gəliblər
Bakı/02.12.19/Turan: Bazar ertəsi Milli Məclisin iclası hakim Yeni Azərbaycan Partiyasından olan deputatların parlamentin buraxılması haqqında müraciətinə baxılması ilə başlayıb.
Spiker Oqtay Əsədov deyib ki, Azərbaycan prezidentinin apardığı islahatlar "keyfiyyətcə yeni səviyyəyə qədəm qoyub". Nazirlər Kabinetində, icra hakimiyyəti orqanlarında, məhkəmə sistemində aparılan struktur və kadr dəyişiklikləri sistemli xarakter daşıyır. Bütün bunlar qanunverici orqanda da islahatları şərtləndirib, deyə o bildirib.
Daha sonra hakim partiyanın sədr müavini Siyavuş Novruzov müstəqil deputatlara və digər partiyaların nümayəndələrinə müraciəti dəstəkləmək çağırışı ilə müraciət edib.
"Müxalifət partiyalarından olan" və "müstəqil " deputatlardan heç biri öz fikrini bildirməyib.
Daha sonra parlamentin buraxılması haqqında qərar hazırlanması üçün redaksiya komissiyası yaratmaq qərarı qəbul edilib. Komissiyaya vitse-spiker Bahar Muradova, hüquq siyasəti və dövlət quruculuğu üzrə dövlət komitəsinin rəhbəri Əli Hüseynli, deputat Fəzail İbrahimli, beynəlxalq münasibətlər komitəsinin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova daxil olub. -02D-
-
- Cəmiyyət
- 2 Dekabr 2019 13:46
-
- İqtisadiyyat
- 2 Dekabr 2019 14:13
Siyasət
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
-
Yanvarın 23-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalisti Aytac Tapdığın ev dustaqlığına köçürülməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 155
-
- Bazarların icmalı,
- 14:22
- 175
Rəy yaz